P.Hembri: “Bakıda sərbəst yürüşlər vacib rol oynayacaq”

Bakı Avropa Qran Prisi adı altında bu həftəsonu ilk dəfə Formula1-i qəbul edəcək və yarışın necə keçəcəyi maraqla gözlənilir.

F-1.az xəbər verir ki, Pirelli Motorsport-un rəhbəri Pol Hembri mümkün qədər çox dövrə vurmağın vacib olduğunu düşünür: “Tras barədə xeyli maraqlı məlumatlar eşidirik. Olduqca fərqli şəhər trasına bənzəyir. Əgər bir trasa ilk dəfə gedirsizsə, işlər heç də asan olmur. Amma şərait və təkərlər hamı üçün eyni olacaq.

Bakı yarışı üçün düzgün təkər tərkiblərini seçdiyimizə inanıram. Komandalar ən yaxşı strategiyanı seçməyə çalışacaqlar. Buna görə də sərbəst yürüşlər həmişə olduğundan daha əhəmiyyətli olacaq”.

 

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*