Pirelli ilk 8 yarış üçün təkər seçimini elan edib

Bizi xeyli həsrətdə saxlayan mövsümün startı yaxınlaşır. Çempionatın təkər təchizatçısı komandaların artıq təsdiq edilmiş ilk 8 yarışda alacaqları təkərləri elan edib.

F-1.az xatırladır ki, reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Hər bir Qran Priyə sürücülərə 13 dəst quru hava təkərləri veriləcək – hər tərkibdən bir dəst seçmək məcburidir, digər dəstlərin say seçimində sürücülər azaddırlar. Yarış üçün məcburi elan olunan tərkibdən istifadə etməyən sürücü əvvəlki qaydada cərimə olunur.

Sıralanma turunun son sessiyasına keçən sürücülər əvvəlki sessiyada ən yaxşı nəticəni göstərdikləri təkərlərlə start almalıdırlar və son sessiyada istifadə etdikləri ən yumşaq tərkibi Pirelli-yə qaytarmalıdırlar.

Pirelli Avstriyadakı hər iki yarışa, Macarıstana, Silverstoundakı ikinci yarışa, Belçikaya və İtaliyaya orta üçlüyü –  C2, C3 və C4 tərkiblərini gətirəcək. Silverstoundakı ilk yarışda və İspaniyada isə C1, C2 və C3 tərkibləri komandaların ixtiyarına verəcək.

Mario İzola: “Mövsümün əvvəli çox dəyişkən olur, lakin buna reaksiya vermək üçün kifayət qədər vaxtımız yoxdur. Buna görə də, komandalar, promouterlər və FİA ilə birlikdə mövsümün ilk 8 yarışına gətirəcəyimiz tərkibləri elan etməyi qərara aldıq. Həmişə olduğu kimi, seçdiyimiz tərkiblər trasın xüsusiyyətlərinə uyğun olacaq və komandalara müxtəlif strategiyalar qurmağa imkan yaradacaq”.

Tərkiblər: С1 С2 С3 С4 C5
Avstriya Qran Prisi Hard Medium Soft
Avstriya (Ştiriya) Qran Prisi Hard Medium Soft
Macarıstan Qran Prisi Hard Medium Soft
Britaniya Qran Prisi Hard Medium Soft
Britaniya (Yubiley) Qran Prisi Hard Medium Soft
İspaniya Qran Prisi Hard Medium Soft
Belçika Qran Prisi Hard Medium Soft
İtaliya Qran Prisi Hard  Medium Soft
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*