Bazar günü şəhər trasında keçirilən yarışın gedişində Corc Rassell pit-stopdan sonra Niko Hülkenberqin arxasına düşüb və Audi sürücüsünü keçə bilməyib. Corcla Niko arasındakı mübarizə televiziya yayımına düşüb və Toto Volff zarafatla deyib ki, Mercedes sayəsində Audi efir vaxtı qazanıb.
“Toto bunu çox nəzakətlə qeyd etdi, amma biz yayımda ona görə göründük ki, onun maşınlarından birinin önündə gedirdik, – deyə Alan MakNiş Mercedes komandasının rəhbərinə cavab verib. – O anda mənə elə gəlib ki, Corcun pit-stopdan sonra Nikonu ötmək üçün iki və ya üç dövrəsi olacaq. Əgər bu müddətdə önə keçə bilməsə, Niko mövqeyini qoruya biləcək. Elə də oldu – o, məhz lazım olan tras hissələrində əla müdafiə olundu.
Corcun daha təzə təkərlər hesabına üstünlüyü aradan qalxdıqdan sonra, artıq onda Qaslinin Pyeri keçdiyi epizoddakı kimi ötmə üçün temp qalmadı. Buna görə də işimizdən tam razı qala bilərik. Düşünürəm ki, bu, Audi ilə Mercedes arasında ilk duel olub.
Son on dövrədə biz Red Bull və Mercedes-lə eyni səviyyədə idik. Bu, artıq pis deyil və belə nəticədən razıyıq”.





