18 Avqust 2019, Bazar - 08:50

T.Volff: “Ferrari bir neçə il əvvəlki Mercedes-i xatırladır”

T.Volff: “Ferrari bir neçə il əvvəlki Mercedes-i xatırladır”

Müəllif: Rauf Hacıyev, redaktor

17:57 - 22 Sentyabr, 2016

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Ferrari-nin hazırkı vəziyyəti Mercedes-in bir neçə il əvvəlki vəziyyətini xatırladır…

F-1.az xatırladır ki, Ferrari mövsümə çempionluq hədəfi ilə başlasa da, bu mövsüm hələ də qələbə qazana bilməyib. İtalyanlar Red Bull-a məğlub olduqdan sonra heyətdə yeniliklər etsələr də, bu il avstriyalılardan geri qalırlar.

Amma Toto Volff düşünür ki, Ferrari yenidən sürətlənəcək: “Ferrari-nin builki vəziyyəti Mercedes-in bir neçə il əvvəlki vəziyyətini xatırladır. Biz doğru yerlərə doğru insanları gətirməkdə çətinlik çəkdik. Bu çətindir və vaxt alan işdir. Amma sonda verdiyimiz əməyin qarşılığını ala bildik. Ferrari hazırda problemlər yaşasa da, gələcəkdə daha güclü olacaqlarına əminəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 246
Teqlər , , , ,
Paylaş

logo