G.Berger: Ferrari qayıdacaq

Sabiq Formula1 sürücüsü Gerhard Berger bildirib ki, Ferrari yenidən güclənəcək.

F-1.az xatırladır ki, “qırmızılar” keçən il qələbə qazana bilməyiblər. Komanda bu il də zəif görünür. Buna görə də italyanlar gələn ilə fokuslanıblar.

Gerhard Berger: “Ferrari-ni sevirəm. Buna görə də onların uğursuzluqlarını görmək məyusedicidir. Lakin onlar həmişə geri qayıda biliblər. Onlara ehtiyac var, çünki onlar olanda mübarizə də maraqlı olur. Hazırda Mercedes və Red Bull çempionluq uğrunda mübarizə aparırlar. Lakin Ferrari də bu mübarizədə olsaydı, daha maraqlı mövsüm izləyərdik. Bunun növbəti illərdə olacağına inanıram. Geri qayıdacaqlar.

McLaren də çətin dövrlərdən keçdi. Lakin mənim dövrümdə, yəni 80-ci illərdə ən güclü komanda idilər. Hamı onları məğlub etmək istəyirdi. Mən 1990-cı illərin əvvəli Ferrari-yə keçəndə McLaren zəifləməyə başlamışdı. Formula1-də davamlı uğur qazanmaq çətindir. Çünki nəsillər dəyişir və yeni texnologiyalar ortaya çıxır. Bu da nəticələrə təsir edir. Buna görə komandanı stabil saxlamaq çətindir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*