T.Volff: “Ferrari-yə ehtiyacımız var”

Mercedes Motorsport-un rəhbəri Toto Volff əsas rəqibləri Ferrari-nin tezliklə mübarizəyə qayıtmasını istəyir.

F-1.az xatırladır ki, “qırmızılar” Almaniyada sürətlə görünsələr də, Fetteldə turbo, Leklerdə isə yanacaq sistemi ilə bağlı problem yaşanıb. Nəticədə Ferrari-lər yarışa 10 və 20-ci yerdən başlayacaqlar. Bu haldan maksimum istifadə edən Həmilton isə karyerasının növbəti poulunu əldə edib.

Toto Volff: “Ferrari və Sebastyana simpatiyam var. Çünki bura onun ev yarışıdır. Fanatları cəlb etmək üçün onlar da güclü olmalıdır. Mübarizə apara bilməmələri məyus edicidir. Bizim Ferrari-yə ehtiyacımız var. Ancaq özümüzə görə sevincliyəm. Çünki sessiya pis başladı. Sonra isə hər şey qaydasına girdi. Yarışda hava isti olsa, Valtteri rahatlıqla qalib gələ bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*