Mercedes AMG Petronas F1 Team – W04 (video)

Mövsümöncəsi testlərin başlamasına bir gün qalmış Mercedes AMG komandası özünün yeni maşınını təqdim edib. Təqdimat Xeres avtodromunun start düzlüyündə baş […]

Mövsümöncəsi testlərin başlamasına bir gün qalmış Mercedes AMG komandası özünün yeni maşınını təqdim edib. Təqdimat Xeres avtodromunun start düzlüyündə baş tutub, amma yeni maşını jurnalistlər hələ səhər görüblər – sponsor və tərəfdaşlar üçün çəkiliş günü çərçivəsində W04-ü trasa Niko Rosberq çıxarıb, mərasimdən sonra isə sükan arxasına Lyuis Həmilton keçib.

Komanda yalnız yeni maşınını deyil, həm də Mercedes Motorsport-un yeni başçısı Toto Volffu, komandanın yeni sürücüsü Lyuis Həmiltonu, komandanın yeni sponsoru BlackBerry şirkətini təqdim edib.

w04-1
Start düzlüyündə toplanmış jurnalistlərin alqışları altında Rosberq və Həmilton qara pərdəni yeni maşının üzərindən götürüblər. Maşın əvvəlki rəng çalarlarına boyanıb və keçənilki W03-ün təkamülüdür – maşın baş mühəndis Aldo Kosta və texniki direktor Bob Bellin rəhbərliyi altında hazırlanıb.

W04-də yeni beşelementli ön antiqanad və Koanda effektindən istifadə edən qazburaxma sistemi peyda olub. W03-də olduğu kimi, ön asılqanlar itələyici, arxalar isə dartıcıdır. Burun üzərindəki “pillə” dekorativ qapaqla örtülüb, komanda bildirib ki, bu qapaq hətta aerodinamik effektliyi də artırıb.

w04-3
Ross Braun, komandanın başçısı: “2013-cü il mövsümü “Gümüşü oxlar”ın ikinci erasının başlanğıcı olacaq. Son 18 ayda gördüyümüz struktur dəyişiklikləri komandanı daha da gücləndirib və bu özünü W04 layihəsində büruzə verib. Brəkli və Briksuortdakı texniki şöbələrimiz minlərlə işçi-saat vaxt ərzində maşını keçən illə müqayisədə bir addım irəli aparıblar.

Biz fəxr edirik ki, Lyuis Həmiltonu komandamızın sürücüsü kimi sizə təqdim edə bilərik. Mən hesab edirəm ki, Lyuis və Niko çempionatın ən güclü cütlüydür və əminəm ki, onlar arasındakı rəqabət komandanı daha da inkişaf etdirəcək.”

w04-4
Toto Volff, Mercedes Motosport: “Yeni maşının ilk dövrələri həmişə həyacanlı olur, bu gün istisna olmadı. Biz elə bir brendi təmsil edirik ki, ümidlərimiz çox yüksək səviyyədə olmalıdr.

Son iki həftə ərzində gördüklərim məni heyrətləndirib. Hamı motivasiyalıdır, hamı uğur qazanmaq istəyir. Sürücülərimiz də qələbə acıdırlar, əlbəttə, Niko və Lyuisin çıxışlarını izləmək çox maraqlı olacaq. Amma dərindən düşünsək, Formula1-də hər şey çox sadədir: vahid dövrədə ən yaxşı nəticə göstərmək həlledici əhəmiyyət kəsb edir.”

w04-5
Niko Rosberq: “Mövsümlərarası fasilədə intensiv məşq eləmişəm, amma mütəmadi olaraq komandanın bazasına da gəlmişəm. Hər dəfə gələndə nə qədər çox iş görüldüyünün şahidi olurdum. Bizim hesablamalara görə, maşın çox effektiv alınıb, amma bizi qarşıda testlərdə gərgin iş gözləyir: biz bu hesablamaların trasda təsdiqinə əmin olmalıyıq. Komandada əla atmosfer var, hamı uğur qazanmağa köklənib.

İndi mənim yeni komanda yoldaşım var – Lyuis Həmilton. Onun üçün Mercedes AMG yeni komandadır, ona görə də mən səbirsizliklə birgə işimizi gözləyirəm, əlbəttə, biz bir-birimizi ruhlandıracayıq ki, komandamız Formula1-də ən yaxşı olsun.”

Lyuis Həmilton: “Bu gün mənim üçün çox əlamətdardır, bu gün mən rəsmən Mercedes şirkətini bütün dünyaya təqdim edirəm. Mercedes-Benz şirkəti qədər yarış tarixi olan ikinci bir şirkət yoxdur və mən fəxr edirəm ki, Xuan Manuel Fanxio, Stirlinq Moss və Mixael Şumaher kimi əfsanəvi sürücülərin başladıqları işi davam etdirirəm və bu, mənim üçün böyük şərəfdir.

Mənim karyeramda yeni fəsil açılır, yeni macəralar başlayır. Mən artıq iki həftədir bazada yaşayıram, komandanın işini izləyirdim, kollektivlə tanış olurdum – mexanik və mühəndislərimlə görüşdüm.

İndi biz bir yerdə bu yeni maşını daha sürətli etməyə çalışacayıq. Bizim işimiz gərgin olacaq, amma mən əminəm ki, biz mütləq uğur qazanacayıq. Xoşdur ki, bu işdə mənə də böyük rol ayrılıb.”

, , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*