Təkərlər – Ferrari və Mercedes-in mübarizəsində başlıca amildir

Mövsümün ilk yarışları göstərdi ki, bu il Ferrari-də təkərlərlə Mercedes-də olduğundan daha səmərəli işləmişlər. Almaniyanın Auto Motor und Sport dərgisinin jurnalistləri Ferrari-nin üstünlüyünün izahını tapmağa çalışıblar, F-1.az isə həmin çalışmanı sizə təqdim edir...

Mercedes-də təsdiqləyirlər ki, Ferrari-nin yeni maşını bütün təkər tərkibləri ilə daha yaxşı çalışır. Baxmayaraq ki, Soçidəki şərait bundan əvvəlki üç yarışda olduğundan çox fərqlənirdi, bu mərhələ yaranmış tendensiyanı təsdiq etdi: qələbə qazanmaq üçün Mercedes-ə pit-stopu gec keçirmək lazımdır.

Soçidə “gümüşü oxlar”ın bəxti gətirdi ki, Valtteri Bottas startı uddu və UltraSoft-un optimal çalışmasına nail ola bildi. Yarışdan əvvəl komanda bütün üşüncü sərbəst yürüşü SuperSoft-un zərərinə ən yumşaq tərkibə həsr elədi. Nəticədə yarışın ikinci hissəsi komandanı həyəcanlanmağa məcbur elədi.

“SuperSoft-da bizim Ferrari tempində şütümək imkanımız yox idi, – Mercedes-in nümayəndəsi bildirib, – Artıq cümə günü aydın idi ki, Ferrari hər iki tərkibdə ən sürətlisidir”.

Keçən il təkərlə iş Ferrari-nin zəif tərəflərindən biri idi: əgər asfaltın temperaturu konkret tərkibə uyğun gəlmirdisə, komandada ciddi problemlər yaranırdı, amma indi təkərlər istənilən şəraitdə səmərəli işləyir.

Mercedes-də əks tendensiyadır. Üç il dalbadal bu komanda təkərlə hamıdan yaxşı işləyirdi, indi isə təkərlərin optimal davranışına və onları işçi diapazonda qorumağa nail ola bilmir.

Bu il Pirelli-də tamamilə yeni təkərlər hazırladılar, Mercedes və Ferrari-nin isə – maşınları təzədir. Pirelli Motorsport-un rəhbəri Mario İzola yeni təkərlərin daha dar işçi diapazonu olması barədə fərziyyəni təkzib elədi.

“Biz tərkiblərin konsepsiyasını dəyişdirdik, – İzola bəyan edir. – Bütün təzə təkərlər, əvvəllər daha sərt tərkiblər özlərini necə aparırdılarsa, indidə elə aparırlar. Rezinin qızma prosesi daha artıq davam edir. Lakin ilişmə yaxşıdırsa, onda o qorunub saxlanır. Və əgər təkərlər izafi qızırsa, onda tez bir zamanda işçi diapazona geri dönə bilər. Təkərlərin davranışı daha sabit olduğundan, onlar aşınmaya daha az məruz qalırlar, belədə kiçicik detallar həlledici rol oynaya bilər. O cümlədən, bu təkərlər sazlanma dəyişikliklərinə daha həssasdırlar”.

Bunu Mercedes Motorsport-un rəhbəri Toto Volff da təsdiqləyir: “Trasdan asılı olaraq, təkərlə bağlı problemlər köklənmə-sazlanmalarla, aerodinamik tarazlıqla, ətraf mühitin temperaturu ilə, sürmə üslubu ilə əlaqədar ola bilər”.

Ferrari-nin üstünlüyünü yeni maşının konstruksiyasının, əsas cizgilərini öz sələflərindən götürmüş özünəməxsusluqları ilə izah etmək olar, ancaq onların bütün çatışmazlıqları aradan qaldırıldı – təsadüfi deyil ki, Ferrari ötən mövsümün ikinci yarısından miqyaslı testlər olaraq istifadə elədi.

SF70H-ın kifayət qədər asfaltayatma qüvvəsi, yaxşı qovalaması var, o, əylənmədə də sabitdir. Maşın daha yüngül oldu, mühhərik isə gücünü artırdı. Onun təkər bazası Mercedes-də olduğu kimi çox uzundur, amma hər halda o, Red Bull-da olduğundan böyükdür. Klirens Mercedes-də olduğu kimi elə də aşağı deyil, ancaq bu sahədə aqressiv yanaşmadan istifadə edənlərdən olduğundan yuxarı deyil. Bütün bunlar ona gətirib çıxardı ki, Ferrari təkərlə daha səmərəli çalışır: ön təkərlər trasın nahamarlıqlarına və “həyəcanlanmış” hava axınlarına daha asan reaksiya verir, ona görə də Ferrari pilotlarına rəqibləri izləmək Mercedes pilotlarından daha asandır.

Mercedes-də uzun təkər bazası yaradaraq və mürəkkəb aerodinamika işləyib hazırlayaraq maşının layihələndirilməsində daha cəsarətli yol tutdular. Ehtimal ki, mühəndislər hələ maşının bütün özəlliklərini araşdırmamışlar, buna təkərlə bağlı problemlər də əlavə olunub və vəziyyət trasdan asılı olaraq dəyişir. Bütün bunlar Mercedes-in qeyri-icraçı direktoru Niki Laudanın sözlərini təsdiqləyir: “Bəzən elə sanılır ki, maşınımız heç cür bir-biri ilə bağlı olmayan iki hissədən ibarətdir. Ön təkərin öz işçi diapazonu var, arxa təkərin isə bir başqa. Biz bunu hələ Barselonadakı mövsümöncəsi testlərdə görmüşdük”.

Ötən üç ildə Mercedes-də kifayət qədər sərt şassi sazlamalarından istifadə etmişdilər. Birinci sıradan start götürmələri sayəsində onların, bir qayda olaraq, irəlidə rəqibləri olmurdu. Yarışlarda hamı təkərlərlə səliqəli işləməli olurdu, çünki onlar tez qızırdılar. İndiki təkərlər daha böyük məsafəyə davam gətirir, lakin onların davranışı aerodinamik tarazlıqdan asılı olaraq dəyişə bilər.

Hidravlik asılqanın FİA tərəfindən yasaqlanmış bəzi funksiyalarının yoxluğu özünü göstərdi, amma Mercedes-də təsdiqləyirlər ki, bu həlledici rol oynamadı. Buna inanmaq müşküldür – çətin ki, onlar ciddi üstünlüklər verməyən sistemin işlənib hazırlanmasına dörd il sərf etmiş olaydılar. Şayiələrə görə, mürəkkəb asılqandan imtina üzündən təkərlər heç də həmişə lazımi işçi vəziyyədə olmurlar. Mercedes-də anlayırlar ki, təkərlərlə bağlı problemi həll etmək gərəkdir, ancaq bu vəziyyəti sakit qarşılayırlar.

“Müsbət cəhət ondadır ki, Soçidə biz təkərlərlə necə çalışmaq lazım olduğu ilə bağlı daha artıq məlumatlandıq, – komandanın nümayəndəsi bəyan edib. – Ferrari əvvəlkitək bizi qabaqlayır, lakin komandamız tez bir zamanda səbəbləri taparaq nəticələr çıxarmağı bacarır. Özü də, hər şeyi ayırd etmək üçün daha bir neçə yarış lazım ola bilər.”

Mənbə: auto-motor-und-sport.de
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*