L.Həmilton: Narahat deyilik

Mercedes komandasının sürücüsü Lyuis Həmilton çətinliklərə baxmayaraq nikbinliyini qoruyur.

F-1.az xatırladır ki, britaniyalı sürücü qış testlərinin ikinci günündə yerində fırlanıb və daha sonra çınqıllı sahədə ilişib qalıb.

Lyuis Həmilton: “Bolid dünənki kimidir. Tras isə bir az yaxşılaşıb və bu, bolidin balansına müsbət təsir edir. Lakin hələ çox işləməliyik. Bu gün küləyin istiqaməti dəyişmişdi. Buna görə də bolidi nisbətən limitlərdə sürdüm. 13-cü döngədə isə külək bərk əsirdi. Reqlamentdəki dəyişiklikdən sonra bolidin arxa tərəfi pis davranır. Bunu həll etməyə çalışırıq. Komanda mümkün qədər yaxşı işləməyə çalışır. Hazırda Red Bull-dan az dövrə vursaq daş proqramımızı yerinə yetirməyə çalışırıq. Narahat deyilik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*