Niko Rosberq: Antonelli Şumaxerlə eyni səviyyədə çıxış edir

2016-cı ilin çempionu Niko Rosberq hesab edir ki, bu il özünəinam və çıxışlarının sabitliyi baxımından Kimi Antonellini Mixael Şumaxerlə müqayisə etmək olar…

Niko Rosberq: “Ötənilki uğursuzluqlardan sonra, ciddi problemlər yaşadığı vaxt heç kim Kiminin bu qədər parlaq çıxış edəcəyini ağlına belə gətirməzdi.

Bu il Antonelli sadəcə möhtəşəmdir, o, Mixael Şumaxerin səviyyəsində çıxış edir. O, daim liderlər arasında olan yeganə sürücüdür.

Mən hələ də hesab edirəm ki, bu gün Formula1-də ən yaxşı sürücü Maks Ferstappendır. Onun dominantlıq edə biləcək maşını olanda, məğlubedilməz olacaq. Malayziya və Sinqapurdakı qələbələrindən sonra onu qalan yarışların favoriti sayıram, amma o, artıq Antonelliyə çata bilməyəcək, çünki Antonelli bu il titulu tam haqqı ilə qazanacaq”.

, ,