F.Massa komanda yoldaşları barədə danışıb

Felipe Massa Formula1-də mübarizə apardığı komanda yoldaşları Mixael Şumaxer və Kimi Rəykkönen barədə danışıb.

F-1.az xatırladır ki, Massa 2005-ci ildə Şumaxer ilə komanda yoldaşı olmuş və almaniyalı idmandan gedəndən sonra 3 il ərzində Rəykkönenlə komanda yoldaşı olmuşdu.

Xatırladaq ki, Massa bildirmişdi ki, Şumaxer onun Ferrari-də qalması üçün təqaüdə çıxıbmış.

Felipe Massa
: “Şumaxerlə çox yaxın idik. O hər cəhətdən mənim ustadım idi. Əlbəttə, həmişə ondan öndə olmaq istədim, amma ona həmişə ideal kimi baxdım. Deyəsən, bu “mən də sənin kimi olmaq istəyirəm” mənasına gəlirdi. O, mənə kömək etmək istədiyi balaca uşaq kimi baxırdı. Digər komanda yoldaşlarıma nisbətən münasibətimiz fərqli idi. Onsuz da, belə düşündüyüm üçün təqaüdə çıxdığımı Montsada açıqladım.

Kimi Ferrari-yə gəlməmişdən iki il əvvəl komanda ilə müqavilə imzalamışdı. Ferrari-də qalmağımın tək yolu Mixaelin təqaüdə çıxması idi. O da elə etdi. 2006-cı ildə Montsada təqaüdə çıxacağını açıqladı. Böyük ehtimalla yorulmuşdu və ya mənim yaxşı performans göstərəcəyimə inanırdı. Buna görə qalmağım üçün mənə şans verəcəkdi. Səbəbini bilməsəm də, 10 il sonra Montsada mən də eynisini etdim”.

Massa Kimi Rəykkönen barədə də danışıb: “Kimi ilə işləmək çətin idi, çünki danışmırdı (gülür). Bəzən, adicə salam belə vermirdi. Amma onu fərqli yerlərdə görəndə, vəziyyət də fərqli olurdu. Bütün günü danışırdı və əyləncəli adam olurdu.

Biz çox fərqli adamlar idik. Amma o çox düzgün adam idi və bizi bir-birimizə bu bağlayırdı. Onu bir az Valtteriyə oxşadıram. Amma Valtteri Kimiyə nisbətən çox danışır. Amma eyni adamdırlar. Eyni düzgünlük və hörmət var”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*