V.Bottas: Yenidən xallar qazana bilərik

Alfa Romeo komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Melburnda yaxşı nəticə qazanmaq istəyir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü mövsümün ilk yarışı Bəhreyndə xal qazansa da, Ciddədə onluğa düşə bilməyib.

Valtteri Bottas: “Ciddədə çətin keçən yarış geridə qaldı və indi çox sevdiyim Melburnda yaxşı nəticə qazanmaq istəyirəm. Bu il komandalar çox yaxındırlar, amma hər şeyi düzgün etsək, yenidən xallar qazana bilərik”.

, , , ,