V.Bottas: Zədə böyük idi

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, bolidin altına girən qırıntılar maşını zədələdiyi üçün qələbəni əldən verib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa pouldan başlayıb və startda yerini qoruyub. Amma yarışın ikinci dövrəsində trasda olan bir qırıntının üstünə çıxıb və buna görə də altlığı zədələnib. Buna görə də yarışın növbəti dövrələrində tempi azalıb.

Valtteri Bottas: “Maşının zədələnməsi bizə çox təsir etdi. Yaxşı start aldım. Bugünkü yarışda start çox vacib idi, amma ikinci dövrədə 7-ci döngədən çıxarkən yerdə qırıntılar var idi. Qaçmaq üçün vaxtım yox idi. Bolidin orta hissəsinə gətirməyə çalışdım və onların üstündən keçdim. Təkərlərin deşilməsini istəmirdim. Amma altlıq zədələndi.

Maks məni keçməməsi üçün əlimdən gələni etdim. Limitlərdə sürürdüm və buna görə də səhv etdim”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*