L.Həmilton: “Əyləncə ilə yarışı qarışdırmıram”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, şəxsi həyatı performansına təsir etmir.

F-1.az xatırladır ki, Həmilton son illərdə şəxsi həyatına görə çox tənqid edilsə də, son 3 ildə 32 qələbə və 2 dəfə Dünya Çempionu titulu qazanıb.

Lyuis Həmilton: “Yarış olmayanda bəzi tədbirlərə qoşulub, əylənməyə çalışıram. Mən həmişə belə olmuşam və performansıma heç bir təsiri olmayıb. Bu tənqidi edənlər diqqətli olsaydılar, görərdilər ki, son 4 ildə ilk yarışda poul qazanmışam. Həmişə yarışlara fiziki cəhətdən hazır olaraq gəlirəm. Bundan sonra da belə olacaq. Əylənmək və yarışmaq fərqli şeylərdir və mən bunları qarışdıraraq pis nəticələr almıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*