Uzun təkər bazası Mercedes-ə mane olacaq?

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, bolidin uzun təkər bazası Monakoda onlara mane olmayacaq.

F-1.az xatırladır ki, “gümüşü oxlar”ın bolidi bu il peletonda ən uzun təkər bazasına malikdir. Almanlar əmidnirlər ki, bu dizayn onlara mövsümün gedişatında çox kömək edəcək. Bu dizayn həm bolidin stabilliyini artırır, həm də uzun və sürətli döngələrdə bolidə üstünlük qazandırır. Amma, eyni zamanda, Monako kimi dar şəhər tipli traslarda uzun maşın problem yaşaya bilər.

Valtteri Bottas: “Bunun problem yaradacağına inanmıram, çünki İspaniyada çox güclü idik. Üçüncü sektorda sürət aşağıdır və ardıcıl döngələr var. Monakoda da vəziyyət belədir. Buna görə də Monte Karloda güclü olacağımızı düşünürəm. Ümid edirik ki, Ferrari ilə yaxın olarıq. Düzlüklər az olduğu üçün peleton bir-birinə yaxın olacaq. Buna görə də Red Bull-u yaddan çıxarmaq olmaz. Həftəsonu üçün yaxşı fürsətlərimiz var. Monakoda çətinlik çəkməyəcəyik.

Williams-da yarışarkən burada çox çətinlik çəkirdik. Bolidim indiki kimi podium uğrunda mübarizə aparmağa imkan vermirdi. Sıralanma çox vacibdir və yarışda səhv edə bilmərik. Buna görə də bacardığım qədər çox xal toplamağa çalışacam. Burada maksimumu alacam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*