L.Həmilton: Elə bil üç yarış keçirmişəm

Mercedes komandasının sürücüsü Lyuis Həmilton üç yarışa çıxmış kimi hiss edib.

F-1.az xatırladır ki, Toskana Qran Prisində iki dəfə qırmızı bayraq çıxıb və yarışı 12 sürücü bitirə bilib. Qırmızı bayraqdan sonra isə sürücülər dayanaraq yarışa start veriblər və beləliklə sürücülər yarışda 3 dəfə start alıblar.

Lyuis Həmilton: “Çox çətin yarış idi. Hava da çox isti idi. Bütün yarış ərzində sürətli olub, Valtterini arxada tutmaq çətin idi. Startlarda bütün diqqəti toplamaq çox çətin idi.

Təkərlərim yaxşı idi və pitə girməyi düşünmürdüm. Amma Valtteri problem yaşadığı üçün məni də pitə aldılar. Son startda isə işlənmiş Soft təkərləri götürdük və bir də gördüm ki, Valtteri arxamdadır. Onun sürətlə yaxınlaşdığını görəndə təkərləri qorumağa başladım. Birdən fərqi bağladı. Fərqi stabil saxlamalı idim, çünki 1000 metrlik düzlük var və onun DRS-ə düşməsinə icazə verə bilməzdim.

Ürəyim tez-tez vurur. Burada olmaq və 90-cı yarışı qazanmaq inanılmazdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*