V.Bottas: Mövsümün ortasında getməyəcəm

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, mövsümün ortasında göndərilməyəcək.

F-1.az xatırladır ki, finlandiyalı sürücü ilk 3 yarışda bir poul, iki podium qazanıb. İki yarışda sürətli dövrə əldə edən 31 yaşlı pilot hazırda 32 xalla turnir cədvəlində dördüncü yerdədir. Lakin bu performansına baxmayaraq, Bottasın mövsümün ortasında göndəriləcəyi və əvəzinə Corc Rasselin gətirələcəyi iddia edilir.

Valtteri Bottas: “Əminəm ki, mövsümün ortasında məni dəyişməyəcəklər. Biz komanda olaraq belə şey etmirik. Bu il üçün müqaviləm var və Formula1-də belə hərəkət edən sadəcə bir komanda var. Biz belə şeylər etmirik. Yəni ki, üzərimdə təzyiq yoxdur. Burada işlərin necə getdiyini bilirəm. Həmişə belə boş söhbətlər olur. Bunlar idmanın bir hissəsidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*