L.Həmilton: Gözlənilməz oldu

Melburndakı sıralanma turu Mercedes komandası üçün gözləniləndən yaxşı keçib.

F-1.az xatırladır ki, Lyuis yekunda yalnız Maks Ferstappen və komanda yoldaşından geri qalaraq üçüncü olub.

Lyuis Həmilton: “Bu, tamamilə gözlənilməz oldu və mən komandamızla həqiqətən fəxr edirəm. Corc bu gün əla iş gördü, çünki düzünü desək, biz ancaq hər iki Mercedes-in ön iki sıradan başlamasını xəyal edə bilərdik.

Hamımız liderliyə qayıtmaq üçün çox çalışırıq və bu gün Red Bull-a çox yaxınlaşmağı bacardıq – bu, inanılmaz dərəcədə gözəldir! İnanıram ki, sabah onlarla mübarizə apara biləcəyik və ümid edək ki, bazar günü hava yaxşı olacaq.
Çox şadam ki, yarışa bu mövqedən başlayacağam və sabah əlimdən gələn hər şeyi etməyə çalışacağam. Məqsədim başlanğıcda birinci yerə yüksəlməkdir! Gəlin görək, nəticə verəcəkmi, amma ümid edirəm ki, 1-ci döngədə hər şey 2007-ci ildə bu trasdəki ilk yarışımdakı kimi olacaq! Bilmirəm hamı necə olduğunu xatırlayır ya yox, amma ümid edirəm ki, biz bunu bacaracağıq”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*