Niderland-2021: Yarış

Sürücülər çətin, ustalıq tələb edən və səhvləri bağışlamayan Zandfort trasını bəyəniblər. İzdihamlı tribunalar isə pandemiyadan əvvəlki ab-havanın yaranmasına səbəb olub.

F-1.az xatırladır ki, cümə günü ilk məşqdə Lyuis Həmilton protokollara başçılıq edib. İkinci sessiyada Şarl Lekler hamını üstələyib, dünənə təsadüf edən son məşqlərdə isə Maks Ferstappen fərqlənib. Niderlandlı sürücü doğma publika önündə sıralanma turunun da qalibi olaraq həm Red Bull-un tarixində 70-ci, həm də son 7 yarışda 6-cı poula imza atıb.

Rəykkönenin koronavirus testi dünən səhər müsbət çıxıb və onu Kubitsa əvəz edib. Polşalı sürücünün təsnifat mərhələsinə hazırlaşmaq üçün cəmi 1 məşq sessiyası olub.

Serxio Peresin sıralanma turunda ilk sessiyada mübarizəni dayandırmasını Red Bull bir növ fürsətə çevirib, onu yeni güc qurğusuna keçirib və pit-leyndən yarışa başladım. Ötürmələr qutusunu dəyişdirən Latifi də pit yolundan start alıb.

Pirelli bura ən sərt üçlüyü – C1, C2 və C3 tərkiblərini gətirib. Peres sərt, Rassell, Norris, Kubitsa, Mazepin və Latifi orta, yerdə qalan sürücülər isə yumşaq təkərlərlə yarışa başlayıblar.

İlk cərgədən Ferstappen və Həmilton, ikinci cərrgədən Bottas və Qasli, üçüncü cərgədən isə Lekler və Sayns start alıb.

Qırmızı işıqlar sönüb, Ferstappen yerini qoruyub və dərhal Mercedes sürücülərindən uzaqlaşa bilib. İlk altılıqda dəyişiklik olmayıb, Alonso Okonu qabaqlayıb, Covinatsi 3 yer itirib. Peres və Latifi Şumaxeri ötüblər, Mik 4-cü dövrədə Mazepinlə yaşadığı təmasa görə pit-leynə gəlməli olub.

Peres Mazepinlə mübarizədə çox srə blokaj edib və təkərlərini dəyişməli olub. Fettel də 11-ci dövrədə yeni təkərlərə keçib. Rus sürücünü Latifi və Peres geridə qoyublar. 19-cu dövrədə Serxio və Latifinin növbəti “qurbanı” Kubitsa olub.

Həmilton 21-ci dövrədə pit-stop edib və bir qədər ləngidilib. Red Bull dərhal növbəti turda bu həmləyə cavam verib və Maks Lyuisin önündə geri qayıdıb. Peres 24-cü dövrədə Tsunodanı keçib. Qasli və Latifi 25-ci, Covinatsi, Rassell və Stroll isə 28-ci dövrədə yeni təkərlərə keçiblər. Ferstappen 31-ci dövrədə hələ pit-stop etməmiş Bottası asanlıqla keçərək yenidən lider olub. Valtteri Həmiltonu da irəli buraxıb və dərhal pit-stop edib. Rikkardo da təkərlərini dəyişib.

Pit-stop dalğasına 32-ci dövrədə Sayns və Okon, 33-cü dövrədə Tsunoda və Şumaxer, 34-də Alonso, 35-də isə Covinatsi, Lekler və Mazepin qoşulub. Rassell pit yolunda sürət həddini aşdığı üçün 5 saniyə cəzalandırılıb. 37-dövrədə Fettel üçüncü döngədə yerində fırlanıb, Bottas toqquşmadan son anda qurtulub. Alman sürücü yoluna davam edə bilib. 39-cu dövrədən sonra ilk onluq: Ferstappen – Həmilton – Bottas – Qasli – Lekler – Sayns – Norris – Peres – Alonso – Okon.

Həmilton gözləniləndən tez – 40-cı dövrədə növbəti pit-stopunu edib, Red Bull yenə də cavabında gecikməyib. Ssenari təkrarlanıb və Maks yenə də trasa öndə qayıdıb. Lyuis orta, Maks isə sərt təkərlərlə yarışa davam edib. Həmin an üçün aralarındakı fərq 3 saniyə olub.

Norris və Kubitsa da pit-stop ediblər, Mazepin isə hidravlik sistemdəki problemlərə görə boksa gəlib və yarışdan çəkilib. Fettel 46, Peres isə 49-cu dövrədə növbəti pit-stopunu edib. Meksikalı sürücü Rasselli keçib. Tsunoda da mühərrik güc itirdiyi üçün yarışı davam etdirməyib. Peres 55-ci dövrədə Rikkardonu da qabaqlayaraq ilk onluğa yüksəlib. Covinatsi və Fettel Latifini üstələyiblər. Peres Norrislə təmas yaşamasına baxmayaraq, onu da keçməyə nail olub. Bottas 68-ci, Həmilton isə 71-ci dövrədə növbəti pit-stopunu edib. Peres Okonu keçərək 8-ci olub, Alonso isə son dövrədə Saynsı ötüb və yarışı 6-cı yerdə tamamlayıb. Sürüətli dövrə əvvəlcə Bottasdan gəlsə də, daha sonra Həmiltonun nəticəsi daha yaxşı olub.

Maks Ferstappen mövsümdə 7-ci, karyerasında isə 17-ci qələbəsini alaraq çempionatda yenidən liderliyə yüksəlib. Lyuis Həmilton ikinci olub, Valtteri Bottas isə podiumun son pilləsinə çıxaraq həm çempionatda üçüncülüyə yüksəlib, həm də Mercedes ilə Red Bull arasındakı xal fərqinin artmasına kömək edib.

Mübarizə gələn həftə “Sürətin Məbədi” Montsada davam edəcək. Bizi orada növbəti sprint yarışı gözləyir…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 33 Maks Ferstappen Red Bull 1:30:05.395 2
2 44 Lyuis Həmilton Mercedes AMG + 0:20.932 3
3 77 Valtteri Bottas Mercedes AMG + 0:56.460 2
4 10 Pyer Qasli AlphaTauri +1 dövrə 1
5 16 Şarl Lekler Ferrari +1 dövrə 1
6 14 Fernando Alonso Alpine +1 dövrə 1
7 55 Karlos Sayns Ferrari +1 dövrə 1
8 11 Serxio Peres Red Bull +1 dövrə 2
9 31 Esteban Okon Alpine +1 dövrə 1
10 4 Lando Norris McLaren +1 dövrə 1
11 3 Daniel Rikkardo McLaren +1 dövrə 1
12 18 Ləns Stroll Aston Martin +2 dövrə 1
13 5 Sebastyan Fettel Aston Martin +2 dövrə 2
14 99 Antonio Covinatsi Alfa Romeo +2 dövrə 2
15 88 Robert Kubitsa Alfa Romeo +2 dövrə 1
16 6 Nikolas Latifi Williams +2 dövrə 1
17 63 Corc Rassell Williams +2 dövrə 3
18 47 Mik Şumaxer Haas +3 dövrə 2

 

Sürətli dövrə: Lyuis Həmilton (Mercedes) – 1:11.097 (72-ci dövrə, 215.654 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRAN:

Sürücü Komanda Dövrə Səbəb
Yuki Tsunoda AlphaTauri 49 güc qurğusu
Nikita Mazepin Haas 43 hidravlik sistem

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Пилот Страна Команда Очки
1 33 Maks Ferstappen Red Bull Racing 224.5
2 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 221.5
3 77 Valtteri Bottas Mercedes-AMG Petronas F1 Team 123
4 4 Lando Norris McLaren Racing 114
5 11 Serxio Peres Red Bull Racing 108
6 16 Şarl Lekler Scuderia Ferrari Mission Winnow 92
7 55 Karlos Sayns Scuderia Ferrari Mission Winnow 89.5
8 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 66
9 3 Daniel Rikkardo McLaren Racing 56
10 14 Fernando Alonso Alpine F1 Team 46
11 31 Esteban Okon Alpine F1 Team 44
12 5 Sebastyan Fettel Aston Martin Cognizant F1 Team 35
13 22 Yuki Tsunoda Scuderia AlphaTauri Honda 18
14 18 Ləns Stroll Aston Martin Cognizant F1 Team 18
15 63 Corc Rassell Williams Racing 13
16 6 Nikolas Latifi Williams Racing 7
17 7 Kimi Rəykkönen Alfa Romeo Racing ORLEN 2
18 99 Antonio Covinatsi Alfa Romeo Racing ORLEN 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 344.5
2 Red Bull Racing Honda 332.5
3 Scuderia Ferrari Mission Winnow Ferrari 181.5
4 McLaren Racing Mercedes 170
5 Alpine F1 Team Renault 90
6 Scuderia AlphaTauri Honda Honda 84
7 Aston Martin Cognizant F1 Team Mercedes 53
8 Williams Racing Mercedes 20
9 Alfa Romeo Racing ORLEN Ferrari 3
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*