T.Volff: Red Bull-u tənqid etməməliyik

Red Bull mövsümə 2 qələbə dublu ilə başlayıb və rəqiblərindən sürətinə görə aşkar şəkildə fərqlənir.

F-1.az xəbər verir ki, Mercedes-in rəhbəri Red Bull-lu bu üstünlüyünə görə tənqid etmək əvəzinə, onlarla fərqi azaltmaq üçün çalışmağa çağırır.

Toto Volff: “Bizim də eyni üstünlüyə malik olduğumuz mövsümlər olub. Eyni komandanın qalib gəlməsi şou üçün yaxşı deyil, ancaq bizdən daha yaxşı iş gördükləri üçün qalib gəlirlər.

Onları buna görə qınamamalıyıq, çünki 2014, 2015, 2016, 2017, 2018, 2019 və 2020-ci illərdə də bizə qarşı belə tənqidlər olmuşdu. Formula1-də qalib gəlmək üçün çox çalışmalısan və bu amil idmanı xüsusi edir.Komanda mübarizəyə qayıtmaq üçün əlimizdən gələni edəcəyik.

Onların zəif nöqtələrini tapmağa çalışacağıq. İdman amili əyləncə amilini kölgədə qoyur. Bu, kommersiya baxımından o qədər də yaxşı olmaya bilər, lakin Formula1-i xüsusi edən də elə budur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*