T.Volff: “Dincəlməyə vaxtımız yoxdur”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, onlar Red Bull-un təhdidinə qarşı boş otura bilməzlər.

F-1.az xatırladır ki, Daniel Rikkardo Monakoda poul qazanmışdı və pit-stopda problem yaşamasa, yarışı rahatlıqla qazanardı.

Red Bull yenilənmiş Renault mühərriyi ilə daha da güclənib və mühərriyə tələbkar traslarda daha güclü olacağı gözlənilir. Volff Red Bull-un təhdidini yaxşı qiymətləndirsə də, bildirib ki, Mercedes əvvəlkinə nisbətən daha çox təzyiq altında olacaq: “Red Bull-un təhdidi realdır. Lyuis sona qədər mübarizə aparmasaydı, düzgün strategiya qurmasaydıq və Rikkardo pitdə geikməsəydi biz yarışı qazana bilməzdik. Həmişə demişəm, bu çempionatda dincəlmək şansımız yoxdur. Aradakı fərqi qorumaq belə mübarizədir və bu təzyiq get-gedə artır. Bu mövsüm gözləmədiyimiz hallar yaşandı və bu göstəriri ki, Formula1 yaxşı vəziyyətdədir.

Komanda üçün görüləcək çox iş var. Etibarlılığı inkişaf etdirməli və performansımızı artırmalıyıq. Bu çox vacibdir”.

Lyuis Həmilton Monakoda builki ilk qələbəsini aldığı halda, komanda yoldaşı Niko Rosberq 7-ci yeri tutmışdu. Britaniyalı sürücü Monakoda mükəmməl performans göstərərək, ideal formada olduğunu göstərmişdi.

Lyuis Həmilton: “Həmişəki kimi güclü olduğumu göstərdim. Baxmayaraq ki, mövsümə pis başlamışdım. Kanada həmişə mənim üçün uğurlu yarış olub. Ümid edirəm ki, Kanadadakı ilk yarışımda olduğu kimi mükəmməl performans göstərərəm”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*