L.Həmilton cümə günündən razı qalıb

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Silverstounda sürmək həmişə ona həzz verib.

F-1.az xatırladır ki, britaniyalı sürücü cümə günü sərbəst yürüşlərində öz publikası önündə komanda yoldaşı Bottasdan 0.047 saniyə geridə qalıb.

Lyuis Həmilton: “Həftəyə əla başladıq. Bu trasda yeni bolidləri sürmək həzz verir. Bura sürətli döngələrə sahib olan inanılmaz trasdır. Bolidin sazlanmaları çox yaxşı idi və istədiyim zaman nəticələrini göstərə bildim. Amma hələ də təkmilləşə bilərik. Ferrari-lər bir az geridə görünsə də, sabah çox sürətli olacaqlar. Onları arxamızda tutmaq istəyiriksə, səhv etməməliyik. Buraya məni dəstəkləməyə gələn hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, sabah və bazar günü gözəl nəticələr alaram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*