T.Volff: Həmilton 40 yaşına kimi yarışa bilər

Mercedes Motorsport-un rəhbəri Toto volff bildirib ki, Lyuis Həmilton 0 yaşına qədər Formula1-də yarışa bilər.

F-1.az xatırladır ki, britaniyalı sürücünün müqaviləsi ilin sonunda bitir. Əksəriyyət düşünür ki, 2021-ci il Həmiltonun idmandakı son mövsümüdür. Lakin komandanın rəhbəri Toto volff eyni fikirdə deyil: “Yeni müqavilə bir ildən çox olmalıdır. Keçənilki kimi gözləmək istəmirik. Müqaviləni hazırlayıb ortaya qoyacağıq və çıxan problemləri müzakirə edəcəyik. Müqavilə imzalanmamış otaqdan çıxmayacağıq. Ən yaxşı üsul budur.

Həmilton 40 yaşına qədər yarışa bilər. Buna şübhə etmirəm. O, çox intizamlıdır və bu xüsusiyyətindən həzz alıram. Özünə fiziki və mənəvi cəhətdən baxmağa davam eləsə, uzun illər yarışa bilər. NFL-də çıxış edən Tom Brediyə baxın. O da tanınmış idmançılardandır”.

Qeyd edək ki, Tom Bredinin 43 yaşı var və karyerasına davam edir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*