M.Ferstappen ən çox əməkhaqqı alan üçüncü sürücü olacaq

F-1.az xatırladır ki, Red Bull komandası oktyabrın sonunda Maks Ferstappenlə 2020-ci ilə qədər müqavilə imzaladığını elan etmişdi.

BCC-nin məlumatına görə, yeni müqaviləyə əsasən, hollandiyalı sürücünün maaşı 18 milyon funtla 26 milyon funt arasında olacaq. Bu da Maksı Lyuis Həmilton və Sebastyan Fetteldən sonra hazırda Formula1-də ən çox maaş alan üçüncü sürücü edəcək.

Ferstappen Formula1-də çıxış etdiyi üç mövsüm ərzində özünü ən yaxşı tərəfdən göstərib. Təsadüfi deyil ki, Həmilton özünün ən ciddi rəqibləri kimi Alonso və Fettellə yanaşı onun da adını çəkib.

BCC-nin iddiasına görə, Red Bull-un Maksla 2019-cu ilə qədər müqaviləsi olub, lakin Mercedes onunla yaxından maraqlandığı üçün dərhal yeni müqavilə bağlanılıb…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*