F.Alonso: “Xal ala bilərik”

Əbu Dabidəki sıralanma turunda 9-cu olan Fernando Alonso bildirib ki, onlar üçün əlverişli olmayan trasda xal ala bilərlər.

F-1.az xatırladır ki, Alonso sıralanma turunda gözlənilmədən Williams sürücülərini qabaqlayıb.

Fernando Alonso: “Buradakı şərait həmişə çətin olur. Hava isti olarkən, günəşin batması ilə temperatur tez düşür və bu da təkərləri işləməyə qoymur. Yarışdan əvvəl düzgün sazlanma edib, bu şəraitə hazır olmağa çalışacayıq. Sərbəst yürüşlərdən sonra bolidimizin rəqabətədavamlı olduğunu görmək bizi çox sevindirdi. Boliddən maksimumu ala bildik və son sessiyaya qala bildik.

Turnir cədvəlində bizi narahat edən rəqibimiz yoxdur. Buna görə də, trasa çıxıb son yarışdan həzz almaq istəyirik. Xal alacağıma inanıram. İşlər qaydasında getsə, damalı bayrağı ilk onluqda keçə biləcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*