07 Dekabr 2019, Şənbə - 00:28

V.Bottas: “Təzyiqi dəf edə bilərəm”

V.Bottas: “Təzyiqi dəf edə bilərəm”

Müəllif: Rauf Hacıyev, redaktor

06:25 - 30 Yanvar, 2017

Mercedes komandasının yeni sürücüsü Valtteri Bottas bildirib ki, yeni komandasında üzərində olan təzyiq artsa da, bunu dəf edə bilər.

F-1.az xatırladır ki, Mercedes Niko Rosberqin istefasından sonra Williams komandasından Valtteri Bottası transfer etmişdi. Finlandiyalı sürücü son 3 mövsümdə 9 dəfə podiuma yüksəlsə də, qalib gələ bilməyib və bu mövsümdən etibarən son 3 mövsümün çempionu olmuş komanda ilə qələbə uğrunda mübarizə verməyə ümid edir.

Valtteri Bottas: “Həm Williams-ın, həm də Mercedes-in məqsədi yarış qazanmaqdır. Mercedes hələ də uğura acdır və mənə güvənirlər. Son üç mövsümdə qalib gəlsələr də, bu, onlara bəs eləmir. Hələ də uğur qazanmaq istəyirlər. Belə vəziyyətdə özünüzü təzyiq altına almağınız və stresli olmağınız çox asan olur. Amma təcrübəm onu göstərir ki, təzyiq altında qalmaq sizə ancaq zərər verir. Hədəflərim həmişə yüksək olub. Əgər təzyiq altında olsam, bu kənar təsirlərdən yox, özümlə əlaqədar olacaq. Yarışlar və çempionluqlar qazanmaq istəyirəm və bu mövzuda hədəflərim heç vaxt dəyişməyib. Komandanın verəcəyi dəstək mənə çox kömək edəcək. Mən yarış sürücüsüyəm və vəzifəm bolidi ən yaxşı formada sürməkdir. Bu mövzuda heç nə dəyişməyəcək”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 367
Teqlər , ,
Paylaş

logo