Rəsmən: Williams Saymon Robertslə yollarını ayırıb

Williams 12 aydır komandaya rəhbərlik edən Saymon Roberts ilə yollarını ayırıb.

F-1.az xatırladır ki, Dorilton Capital keçən il Williams komandasını aldıqdan sonra rəhbər vəzifəsinə Saymon Robertsi gətirmişdi. Lakin komandadakı yenidənqurma işlərinə görə Robertslə yollar ayrılıb. Onun əvəzinə ueni adam gəlməyəcək. Saymonu komandanın idarə heyətinin rəhbəri Yost Kapito əvəz edəcək.

Saymon Roberts: “Williams ailəsi idmandan ayrıldıqdan sonra komandada rəhbər olmaq mənim üçün böyük şərəf idi. İndi isə özümə yeni iş yeri axtarıram və komandadakı hər kəsə uğurlar arzu edirəm”.

Yost Kapito: “Simon son 1 ildə komandadadakı yenidənqurma işlərində əvəzsiz rol oynadı. Bu müddət ərzində bizə qatdığı hər şeyə görə ona təşəkkür edirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*