Qrouvda da FW40-ın mühərriyini işə salıblar

Bu gün Williams komandasının mətbuat xidməti xəbər verib ki, komandanın qarşıdakı mövsüm üçün hazırladığı FW40 maşınının ilk şassisində Mercedes mühərriyini işə salıb.

F-1.az xatırladır ki, dünən eyni mühərriyi Mercedes komandası öz maşınında işə salmışdı. Qrouvdakı bazada çalışan mühəndislər sosial şəbəkədə hesabat veriblər: “Qulaqlarımız üçün müsiqi! Biz FW40-da mühərriyi işə saldıq və onun üzərində işlərimiz qrafikə tam uyğun davam edir”.

Xatırladaq ki, bu il Felipe Massanın və Ləns Strollun starta çıxaracağı maşının təqdimat tarixi hələ rəsmən elan olunmayıb…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*