F.Massa: “Alonso yaxşı elədi, amma düz eləmədi”

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, Alonso Monako Qran Prisinə qatılmamaqla səhv edir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü McLaren-in pis çıxışından sonra Monako Qran Prisində yarışmaqdan imtina edərək, İndy500 yarışında gücünü sınamaq qərarına gəlib.

Bəzi sürücülər bu addıma görə Alonsonu dəstəkləsələr də, 2010-2013-cü illərdə ikiqat Dünya Çempionunun komanda yoldaşı olmuş Felipe Massa eyni fikirdə deyil: “Qətiliklə doğru deyil. Ən azından mənim fikrimcə, doğru deyil. Düzünü desəm, dünyanın ən vacib seriyalarından birində böyük bir komanda üçün yarışırsınız və daha sonra Monakoda iştirak etməyəcəyinizi deyirsiniz. Bu doğru deyil. Əlbəttə, bunun fərqli səbəbləri var. Fernando və ya Honda hər nə isə… Gördüyü işlərə görə ona hörmət edirəm. Bu, onun üçün fərqli və yeni bir şey olacaq. Amma ki, doğru deyil. Formula1 tarixindəki hansı komanda rəhbərindən soruşsanız, deyəcəklər ki, bir çempionatı yarımçıq qoyub başqa yarışda iştirak etmək doğru deyil. Amma dediyim kimi bunu etməsi üçün çox səbəbi var”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*