F.Massa “Müasir bolidləri sürmək asan deyil”

Felipe Massa bildirib ki, müasir Formula1 bolidlərini sürmək heç də düşünüldüyü qədər asan deyil...

F-1.az xatırladır ki, çox adam elə hesab edir ki, müasir Formula1 bolidlərini sürmək əvvəlki bolidlərə nisbətən çətindir.

Amma karyerası ərzində çoxlu Formula1 bolidi sürmüş Felipe Massa bildirib ki, vəziyyət heç də belə deyil: “Təbii ki, əvvəlki bolidləri sürmək fiziki cəhətdən daha çətin idi. Bolidlər yüngül idi və yarış vaxtı yanacaq doldurmaq olardı. Sıralanma turunda olduğu kimi bolidi limitlərdə sürürdük. Daha yorucu idi.

Amma bugünkü yarışlar fiziki yox, texniki cəhətdən bizi yorur. Təkərləri qorumalısınız. Sürüş daha fərqlidir. Aqressivliyi bir az azaltmaq lazımdır. Amma müasir bolidləri sürməyin asan olduğunu deyənlərlə razılaşmıram”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*