K.Sayns: Beşincilik mümkün idi

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, təkərlər yeyilməsə, yarışı -ci yerdə bitirə bilərdi.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 5-ci yerdən başlasa da, komanda onu 21-ci dövrədə pitə çağıraraq, Medium təkərlər taxıb. Lakin Medium təkərlər yarışın sonlarına doğru effektivliyini itirib və Hard təkərdə olan rəqibləri onu bir-bir keçiblər. Nəticədə 11-ci olan Sayns keçən ilin Rusiya yarışından sonra ilk dəfə xalsız qalıb.

Karlos Sayns: “Hard təkərlər bizim üçün daha yaxşı seçim olardı. Medium təkərlərdə çətinlik çəkdik və Medium təkərlərin niyə bolidimizdə işləmədiyini və tez yeyildiyini tapmalıyıq. Bəlkə də fərqli sazlanmalar sınamalı idik. Amma əldə etdiyimiz məlumatlara görə Soft-Medium strategiyası yaxşı işləməli idi.

Növbəti 3-4 gün ərzində bunu təhlil edəcəyik. Ümid edirəm ki, səbəbini taparıq. Yarışda beşinci yer mümkün idi. 11-ci yeri tutandan sonra adamda əhval qalmır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*