Ferrari-nin yeni logistik partnyoru CEVA olub

Ferrari-nin 2022-ci ildəki logistik tərəfdaşı CEVA olacaq.

Ferrari-nin 2022-ci ildəki logistik tərəfdaşı CEVA olacaq.

F-1.az xatırladır ki, Ferrari 2013-cü ildən birgə işlədiyi UPS ilə yollarını ayırmışdı. Artıq yeni logistik partnyoru CEVA olacaq. Şirkətin loqotipləri bolidin yan tərəflərində, sürücülərin kombinezonlarında və komanda formalarında yer alacaq.

Mattia Binotto: “CEVA-nı yeni tərəfdaş olaraq aramızda gördüyümüz üçün xoşbəxtik. Bu şirkətlə ortaq cəhətlərimiz çoxdur. Logistika həm trasda, həm də Maranelloda bizim üçün çox vacibdir. Onlarla 2030-cu ilə qədər müqavilə bağladıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*