K.Rəykkönen: “İstədiyimiz bu deyildi”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Macarıstanda bu cür pis nəticə gözləmirlərmiş.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Hunqarorinqdə 3-cü, komanda yoldaşı Fettel isə 4-cü olub.

Kimi Rəykkönen: “Bu gün daha yaxşı nəticə planlaşdırmışdıq, amma heç nə ideal getmədi. Bolidi yağışda sürmək həzz verdi. Son sessiyadakı son cəhdimdə bəxtim gətirmədi. Yeni təkərlərlə trasla ilişməm yaxşı idi, ancaq Haas sürücüsünün arxasında su şırnağı mənə əngəl oldu. Lakin sabah əlimizdən gələni edib yaxşı nəticə ilə tətilə getmək istəyirik. Havanın necə olacağını hələ də bilmirik. Bu da strategiya cəhətdən bizi çətinə salır. Yarış tempimiz yaxşıdır. Ümid edirəm ki, qazanarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*