K.Sayns: Başağrısı ola bilərik

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, rəqibləri üçün başağrısı ola bilərlər.

F-1.az xatırladır ki, Ferrari komandasının sürücüləri Monakodakı cümə axşamı sərbəst yürüşlərində sözün əsl mənasında at oynadıblar və sessiyanı ilk iki yerdə bitiriblər. Şarl Lekler birinci olduğu halda, Sayns ondan 0.1 saniyə geridə qalaraq, ikinci olub.

Karlos Sayns: “Rəqiblərə başağrısı olmağa çox yaxınıq. Məncə, üçüncü sərbəst yürüşlərə qədər gözləməliyik. Şənbə günü işlər dəyişir. Cümə axşamı testlər edən və sıralanma turunda birdən sürətlənən sürücülər ola bilər. Görək nə olur. Ön cərgədə olmaq gözəldir. Bolidimiz döngələrdə güclüdür”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*