S.Peres: Monako asan keçməyəcək

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, Monako Qran Prisi onlar üçün heç də asan keçməyəcək.

F-1.az xatırladır ki, Red Bull komandası əsasən sürətli döngəlrədə və düzlüklərdə çox sürətli təsir bağışlayır. Ancaq Monako trasının quruluşuna görə onların builki qələbə seriyası sona çata bilər, çünki tras əsasən yavaş döngələrdən ibarətdir. Buna görə də “qırmızı öküzlər”in altıyarışlıq qələbə seriyası sona çata bilər.

Serxio Peres: “Qətiliklə deyirəm ki, ən güclü olduğumuz tras deyil. Güclü tərəflərimizi göstərmək çox çətin olacaq. Məncə, şənbə günü təkərlərimizi yaxşı qızdırmalıyıq. Burada qələbənin açarı budur. Ən güclü olacağımız tras deyil. Görək. Bura Monakodur və hər şey baş verə bilər.

Burada Fernandonun və Ferrari-lərin güclü olacaqlarını gözləyirəm. Mercedes də yarışa qoşula bilər”.

Qeyd edək ki, Red Bull komandası burada son iki yarışda qalib gəlib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*