Oliver Börman 5 saniyəlik cəza alıb

San Paulu Qran Prisi başa çatdıqdan sonra stüardlar pit-leyndə Oliver Börman və Şarl Leklerlə bağlı insidenti araşdırıblar.

Haas mexanikləri pit-stopdan sonra Oliveri pit-leynə birbaşa Şarl Leklerin qarşısına buraxıblar və Ferrari sürücüsü toqquşmadan yayınmaq üçün əyləcləyərək pit divarına tərəf sıxılmalı olub.

Stüardlar Börmanın trasa təhlükəli şəkildə buraxıldığı qənaətinə gəliblər və cəza kimi onun nəticəsinə 5 saniyə əlavə ediblər. Oliver mövqeyini itirməyib və finiş protokolunda 17-ci yerdə qalıb.

,