Hülkenberq: Yarış hadisələrlə zəngin alınıb

Niko Hülkenberqin 10-cu yeri Audi-yə İnterlaqosda yeganə xalı qazandırıb. Halbuki almaniyalı sürücü yarışa yüksək - 4-cü yerdən başlayıb, amma maşında temp çatışmayıb…

Niko Hülkenberq: “Çətin yarışı ilk onluqda başa vurmaq xoşdur. Həmişə olduğu kimi, San Pauluda yarış hadisələrlə zəngin alınıb, amma biz bunun öhdəsindən gəldik.

Lap sonda Lindblada qarşı uğurlu manevr edib onu keçə bildim – bu, xüsusən də cəzanın məni geriyə atmasından sonra çox xoş olub. Tempimizi nəzərə alsaq, yəqin ki, əldə edə biləcəyimiz maksimum nəticə bu olub”.