N.Hülkenberq: Yeni maşınlar idmanı maraqlı etdi

Aston Martin komandasının ehtiyat sürücüsü Niko Hülkenberq bildirib ki, yeni bolidlər yarışları həyəcanlı edib.

F-1.az xatırladır ki, bu ildən idman reqlamenti dəyişib və bolidlər 18 düyməlik təkərlərə keçiblər. Yeni bolidlərin hesabına pilotlar öndəki rəqibi asanlıqla izləyirlər. DRS-nin təsiri azaldığı üçün bu hal ötmələrin sayında özünü göstərməsə də, artıq təkər-təkərə mübarizələri daha çox görürük.

Niko Hülkenberq: “Bu il mübarizə daha yaxındır. Sürücülərin hücum və ötmə etmək üçün daha çox şansları var. Sıralanma turunda isə heç nəyi proqnozlaşdırmaq olmur.

Düzdür, Red Bull və Ferrari-nin üstünlüyü var və onlardan başqa qalib gələn komanda yoxdur. Əminəm ki, F1 də, FİA da daha balanslı peleton gözləyirdi. Amma iki komanda arasındakı mübarizə də maraqlıdır. Podium üçün gedən mübarizə həyəcan vericidir. Mübarizə artıq daha gərgindir. Yeni maşınlar çirkli havada çox vaxt itirmir. Bu da yarışları maraqlı edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*