N.Hülkenberq: Əlimdən gələni edəcəm

Aston Martin komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, Ciddədə əlindən gələni edəcək.

F-1.az xatırladır ki, almaniyalı sürücü yerlisi Fettelin koronavirusa yoluxması ilə Bəhreyndə sükan arxasına keçmiş və ilk dəfə sürdüyü boliddə komanda yoldaşı Ləns Strollu qabaqlamışdı. Sebastyan Fettel bu həftə də koronavirusdan sağalmayıb və növbəti dəfə onu Hülkenberq əvəz edəcək.

Niko Hülkenberq: “Səudiyyə Ərəbistanındakı yarışla bolidi daha yaxşı tanıyacam. Bundan başqa simulyatorda işləməklə bolidi az da olsa, tanıdım. Belə sürətli trasda sürməyə hazırlaşdım.

Sebastyanın tezliklə sağalmasını arzu edirəm. Ancaq Ciddə yarışını da səbirsizliklə gözləyirəm. Bu həftəsonu əlimdən gələn hər şeyi edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*