Aston Martin Druqoviçi F1-də debütə hazırlayır

F-1.az xəbər verir ki, Komandanın direktoru Mayk Krak Aston Martin-in gənc sürücülərə sərmayə qoymağa hazır olduğunu, əsas məqsədlərinin ehtiyat pilotları Felipe Druqoviçi Formula1-ə hazırlamaq olduğunu bildirib.

Mayk Krak: “Görək gələn il bizim inkişaf proqramımız necə olacaq. Ola bilsin ki, bir neçə il əvvəl Oskar Piastri və ya Ləns Strollda olduğu kimi, Felipe üçün də keçən ilki avtomobilin sükanı arxasında sınaqlar təşkil edək. Bəlkə Druqoviç cümə günü məşqlərdə də iştirak edər. Hansı birini həyata keçirdiyimizi anlamaq üçün bütün variantları araşdırmaq istəyirik. Hazırda Felipeni yarışa hazırlamaq kimi dəqiq hədəfimiz var”.

Aston Martin-də Druqoviçdən başqa daha bir ehtiyat pilot var – Stoffel Vandorn. Əgər əsas sürücülərdən biri sükan arxasına keçə bilmirsə, Aston Martin bir neçə sürücü arasında seçim etmək istəyir: “Biz ehtiyat sürücülərimi bir və iki nömrəyə ayırmırıq. Hər ikisinin növbəti mövsümdə bizdən başqa öhdəlikləri olacaq. Stoffel Formula E-də yarışmağa davam edəcək, inanıram ki, Felipe də bir yerdə yarışacaq. Əgər onlardan birinin xidmətinə ehtiyacımız varsa, hansının proqramının həmin anda uyğun oldmasına əsasən qərar verəcəyik.

Pandemiya zamanı bir neçə dəfə ehtiyat pilota ehtiyacımız oldu və hər dəfə ehtiyatda adamımız yox idi. Son anda hamıya zəng edib variantlar axtarmalı olduq ki, bu da bütün komandanın işinə mənfi təsir etdi. Bu cür ssenarilərə əvvəlcədən hazırlaşmaq və kimin bizim üçün əlçatan olduğunu bilmək daha yaxşıdır. Bu şəkildə işləmək son anda kiminləsə danışmağa çalışmaqdan daha asandır. Bu kimi halların təkrarlanmamasını istəyirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*