L.Stroll Şumaxerin qələbələrinə sevinib

Aston Martin komandasının sürücüsü Ləns Stroll bildirib ki, Şumaxer-Alonso duelində almaniyalı sürücünün tərəfini tutub.

F-1.az xatırladır ki, iki sürücü 2006-cı ildə son yarışa qədər titul uğrunda mübarizə aparmış və sonda qazanan tərəf Fernando Alonso olmuşdu.

Ləns Stroll: “Alonso ilə gözəl xatirələrim var. Məsələn, onun Şumaxerlə apardığı titul mübarizəsi. Yalan deməyəcəm: Şumaxerin tərəfini tuturdum.

Beş-altı yaşım olanda Kanadada onları izləmək üçün səhər tezdən oyanırdım. Fernando izlənilməli sürücü idi. Buna görə də onu komandada görmək gözəldir.

Balaca olanda Ferrari-nin sürücü akademiyasında idim. O vaxt Fernando Ferrari üçün yarışırdı. Bir-birimizi uzun illərdir tanıyırıq və yeni mövsüm üçün həyəcanlıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*