M.Krek: Alonso ilə Stroll bərabər şəraitdə yarışacaq

Aston Martin komandasının rəhbəri Mayk Krek bildirib ki, Alonso ilə Stroll bərabər statusda yarışacaqlar.

F-1.az xatırladır ki, Alonso gələn ildən Aston Martin-lə yarışacaq. Lakin onun komanda sahibi Lourens Strollun oğlu Ləns Strolla necə yola gedəcəyi hamıya maraqlıdır.

Mayk Krek: “Fernando və Ləns bərabər statusda yarışacaqlar. Alonso birinci sürücülük istəməyib.

Mətbuatda yazılır ki, Alonso birinci pilotluğa və pula görə Aston Martin-ə gəlib. Mən sizə təmin edirəm ki, o bu işi status ya da pula görə etmir. Təbii ki, onunpilota yaxşı maşın verməlisiniz. Lakin Alonsonun əsas motivasiyası status və pul deyil. Bizim davamlı inkişafımız onu razı salan əsas amil oldu”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*