Rəsmən: Niko Hülkenberq Force İndia-dan ayrılır!

Bu barədə komandanın rəsmi twitter bloqunda məlumat verilib.

Nikonun Renault ilə danışıqlar apardığı məlum idi və F-1.az xəbər vermişdi ki, sürücünün Renault-nun ikiillik müqavilə təklifini qəbul etməsi barədə məlumatlar var.

Hülkenberq əvvəlcə Force İndia-nın müqaviləni uzatmaq təklifini qəbul etmişdi. Lakin sonra Renault ilə müzakirələrin başlaması onun fikrini dəyişdirib və o, gələn təklifi qəbul edib. Bu barədə Renault tərəfindən hələ rəsmi açıqlama verilməyib. Lakin Force İndia komandası twitter-də Nikonun mövsümün sonunda komandadan ayrılacağını rəsmi şəkildə açıqlayıb və komandanın rəhbəri Vicey Malyanın sözlərinə yer verib.

Vicey Malya: “Komandada hamı Formula1-də özünə yeni yol seçən Niko üçün hər şeyin ən yaxşısını diləyir. Bizimlə 5 il işləyən Niko hamı üçün yaxşı bir dost idi. Uğurlarımız üçün əlindən gələni etdi və komandanın inkişafında böyük rol oynadı. O, Force İndia-ya ən çox xalan qazandırmış, mükəmməl sürücüdür. Onun üçün darıxacayıq. Qərarına hörmət edirik. Nikonu fikrindən döndərməyə çalışmaq səhv olardı”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*