A.Prost: “Qələbə mümkünsüzdür”

Renault komandasının məsləhətçisi Alen Prost bildirib ki, bu il qələbə qazanmaq çətin məsələdir.

F-1.az xatırladır ki, Renault komandası qış testlərində yaxşı performans göstərib və bəzi mütəxəssislər düşünürlər ki, “sarılar” asanlıqla 4-cü yeri tutacaqlar.

Alen Prost: “Komanda 2018-ci ilə daha güclü başlayır. İlk üçlük Mercedes, Ferrari və Red Bull olacaq. Böyük üstünlükləri var və onları keçmək çətin olacaq. Lakin mövsüm ərzində yeniliklər gətirəcəyik. Amma podium qazana bilərik. Fransada Renault-nun gözləntiləri var. Niko və Karlos bütün mövsüm ərzində güclü olacaqlar. Hədəf qoymaq çətindir. Avtoidmanda müəmma çoxdur. Komandanın yenidənqurulması davam edir. Enstounda çoxlu işçi var. Fabrika yenidən qurulur. Viridə də işlərə başlayacağıq. Bunun qarşılığını alacağıq, amma nə vaxt – bilmirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*