K.Sayns artıq bezib

McLaren komandasının sürücüsü Karlos Sayns başına gələn problemlərə görə bezib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü ilk 7 yarışda iki pit-stop, müxtəlif və müəmmalı soyutma problemləri yaşayaraq bacib xallar itirib. 26 yaşlı pilot keçən həftə qazburaxma sistemindəki problemə görə Belçika yarışının startına çıxa bilməmişdi.

Sayns hazırda komanda yoldaşı Norrisdən 22 xal geri qalır və düşünür ki, problemlər olmasa, onu qabaqlayardı: “Heyif ki, ilk 7 yarışdakı bütün problemlər mənim başıma gəldi. Sözün açığı, işlər çətinləşir. Keçən il də 2-3 yarışda bəxtim gətirməmiş və problem yaşamışdım. Ancaq bu il Avstriya və Barselona yarışlarından başqa hər yerdə problem yaşadım. Çempionatda ən az 30 xal itirmişəm və bu hal məni incidir. Məyusam, amma ən azından öz səhvim deyil”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*