Lyuis Həmilton azarkeşlərə müraciət edib…

İnterlaqosdakı uğursuz yarışdan sonra Lyuis Həmilton sosial şəbəkələrdə azarkeşlərə müraciət edib…

Lyuis Həmilton: “Dünənki yarışdan, xüsusən də onun nəticəsindən dərin məyusluq hissi keçirirəm. Start yaxşı alındı, amma sonra təkərlərlə bağlı problemləri və izafi dönməni həll etməli oldum.

Dəyişkən şəraitdə vəziyyət xüsusilə çətinləşib. Mən əlimdən gələni etdim, amma bu həftəsonu bizdə sadəcə lazım olan sürət olmayıb. Növbəti mərhələdə yenidən mübarizəyə qayıtmaq üçün səbəbləri araşdırmağa çalışacağıq.

Komanda bütün həftəsonu ərzində maşın üzərində gərgin işləyib, buna görə əməkdaşlarımıza minnətdaram. Təəssüf ki, göstərmək istədiyimiz yarış bu olmayıb. Xüsusən də belə azarkeşlər qarşısında.

Braziliya, enerjinizə və dəstəyinizə görə təşəkkür edirəm. Bu ölkə qəlbimdə xüsusi yer tutur və mənə bəxş etdiyiniz sevgini sizə tam şəkildə geri qaytarıram. Mercedes komandasını Konstruktorlar Kubokundakı qələbə və inanılmaz mövsüm münasibətilə təbrik edirəm. Bu, həqiqətən də haqq edilmiş uğurdur.

Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm ki, həm çətin, həm də yaxşı günlərdə bizimlə qaldınız. Mən bu dəstəyi hiss edirəm və bunu əsla adi hal kimi qəbul etmirəm”.