R.Braun: “Fettelin hərəkətinə göz yumulmayacaq”

Formula1-in idman direktoru Ross Braun bildirib ki, Sebastyan Fettelin Azərbaycan yarışındakı hərəkətinə qətiliklə göz yumulmayacaq.

F-1.az xatırladır ki, almaniyalı sürücü Bakıdakı yarışda qəzəblənərək bolidini əsas rəqibi Həmiltonun üzərirə sürmüşdü.

Ross Braun: “Sebastyan etməməli olduğu şeyi etdi və cəza aldı. Əgər Lyuis texniki problem yaşasaydı, ondan daha çox xal qazanacaqdı. Bu əvvəldən düşünülmüş hərəkət deyildi. Tamamilə adrenalin və istəkdən irəli gəldi. Məncə, Sebastyan bunu etməməli idi. Amma o Dünya Çempionluğu üçün yarışan sürücünün istəyini nümayi etdirdi. Görmək istədiyimiz şey budur. Sebastyan hadisələrdən dərs çıxaracaq. Bu cür istəkli hərəkətləti yenə də görmək istəyirik, amma Bakıdakı kimi dəlisov formada lazım deyil. Lyuis və Sebastyan bir-birinə hörmət edirlər və bu dəyişməyəcək. Bu insident də vaxt keçdikcə unudulacaq. Hər şeyi məhv edən hadisə deyildi və nəticəsi də böyük olmadı. Bu insident bəlkə də çempionluq mübarizəsinə yeni rəng qatacaq. Lakin bu hərəkəti müdafiə etmirəm. Lyuis bir hərəkət etdi və Sebastyan səhv anladı. Mübarizənin gərginliyinə baxsaq, bu hərəkət başa düşüləndir”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*