L.Həmilton: Əziz dostumu itirdim

F-1.az xəbər verir ki, yeddiqat çempion sosial şəbəkələrdəki hesablarında Ken Blokun faciəli ölümünü şərh edib və amerikalı yarışçı ilə bağlı xatirələrini bölüşüb.

Lyuis Həmilton: “Bu gün əziz dostumu itirmək xəbərini aldım. Ken Blokun ölüm xəbəri məni sarsıtdı. O, həyatı doya-doya yaşayan heyrətamiz bir insan idi. İlk əməkdaşlığımızı və nə qədər pozitiv insan olduğunu xatırlayıram. Sükan arxasında çox istedadlı idi. Bir neçə il əvvəl biz Kanadada xizək sürərkən və snoubordda birlikdə əla vaxt keçirdik. Bir-birimizə hörmətlə yanaşırdıq. Onun üçün darıxacam. Dualarım ailəsi ilədir. Çox tez getdi. Rahat yat, Ken”.

Xatırladaq ki, yaxın keçmişdə Lyuisin Kenə aid bir maşını almaq istəməsi ilə bağlı xəbər çıxmışdı.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*