V.Bottas: “Həmilton məğlubedilməz deyil”

Mercedes komandasının yeni sürücüsü Valtteri Bottas bildirib ki, Rosberq keçən mövsüm Həmiltonu üstələyərək, britaniyalının məğlubedilməz olmadığını isbatlayıb.

F-1.az xatırladır ki, Rosberq keçən il Dünya Çempionu titulunu qazandıqdan 5 gün sonra istefa verərək, Mercedes-i pis vəziyyətdə qoymuşdu.

Bundan sonra əksər sürücülərin komandaları ilə müqavilələri olsa da, Mercedes Motorsport-un rəhbəri Toto Volffa müraciət etmişdilər. Bottas da Volffa zəng edən sürücülərdən biri olduğunu deyib: “Niko istefa verən gün Totoya zəng elədim. Bir yarış sürücüsü kimi həmişə güclü bolidlə mübarizə aparmaq istəyərəm. Yarışlar və çempionluqlar qazanmaq istəyirəm və Mercedes-də bunları edə bilərəm. Mənim üçün böyük mübarizə və böyük fürsət olacaq. Lyuis güclü sürücüdür və ona hörmət edirəm. Əgər uğur qazanmaq istəyirəmsə, mənim üçün çətin mövsüm olacaq. Keçən il Mercedes-ə gəlsəydim, bu daha çətin olardı. Hər şey yenidir və bu daha yaxşıdır. Bolidlər daha sürətli və təkərlər tamamilə fərqli olacaq.

Həmiltonu məğlub etmək mümkündür. Niko Lyuisi məğlub edərək, bunun mümkün olduğunu göstərdi. Amma Həmiltonun karyerasına hörmət edirəm. Çoxlu poul və yarış qazanıb. Üç dəfə Dünya Çempionu olub. Amma mən hələ yarış belə qazana bilməmişəm.

Əgər bolidim güclü olsa, çempionluq uğrunda mübarizə apara bilərəm. Bu mövzu ilə bağlı problemim yoxdur. Buraya ikinci olmağa gəlməmişəm. Lyuis üçün çətin olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*