S.Peres: “Həmilton ən güclü sürücüdür”

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, Lyuis Həmilton peletondakı ən güclü sürücüdür.

F-1.ax xatırladır ki, britaniyalı sürücü Meksikada Fetteldən 16 xal az toplasa da, 4-cü Dünya Çempionu titulunu qazanacaq.

Serxio Peres: “Məncə, Lyuis hazırda başqa səviyyədədir və hamıdan güclüdür. Xüsusən də sıralanma turunda çox üstündür. Sebastyan və Fernando da mükəmməl pilotlardır, amma Lyuis hazırda bir az öndədir.

Formula1-də ən yaxşı sürücü ilə ən pis sürücü arasındakı fərqin 0.2 saniyə olduğunu düşünürəm, amma diqqətini tap toplamış Həmilton istənilən rekordu qırar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*